Bakıda xarici ölkə vətəndaşının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
”Report”un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Balaxanı qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində Pakistan vətəndaşı, 1987-ci il təvəllüdlü Şahzad Vyaqat Ali xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona bud sümüyünün sınığı diaqnozu qoyulub.