Bakı. 6 noyabr. REPORT.AZ/ Bakıda xanım sürücü avtomobili içkili vəziyyətdə idarə etdiyi üçün cəzalandırılıb. Bu barədə "Report"a hüquq-mühafizə orqanlarından məlumat daxil olub. Belə ki, sürücü T. A. (etik qaydalar baxımından xanımın adı açıqlanmır) idarə etdiyi nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyi üçün Dövlət Yol Polisinin əməkdaşları tərəfindən Bakının Səbail rayonu ərazisində saxlanılıb. Daha sonra isə sürücü barəsində protokol tərtib olunub iş isə baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə sürücü T.A. barəsində qərar çıxarılıb. Qərara əsasən, sürücü İnzibati Xətalar Məcəlləsinin 152-1.2 (nəqliyyat vasitəsini idarə etmək hüququ olan və nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edən şəxs tərəfindən bu Məcəllənin 151.2 və ya 151.3-cü maddələrində nəzərdə tutulmuş xətaların törədilməsinə görə) nəqliyyat vasitələrini idarə etmə hüququ bir il müddətinə məhdudlaşdırılmaqla dörd yüz məbləğində cərimə edillib.
Bakıda xanım sürücü avtomobili içkili vəziyyətdə idarə etdiyi üçün cəzalandırılıb
Hadisə
6 noyabr 2014
05:32

İngilis versiyası
Woman fined for drunk driving in Baku
Rus versiyası
В Баку женщина оштрафована за езду в нетрезвом виде
Son xəbərlər
