Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.
Yolu keçən 1974-cü il təvəllüdlü Məmmədova Səidə Səfərxan qızını avtomobili vurub. Hadisə yerində müxtəlif bədən xəsarətləri alan piyada təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona qapalı kəllə beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.