Bakıda voleybolçunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsində mübahisə düşüb

Bakıda voleybolçunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsində mübahisə düşüb Bakı. 28 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Namiq Vəkilovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
28 Mart , 2018 13:03
Bakıda voleybolçunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsində mübahisə düşüb

Bakı. 28 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Namiq Vəkilovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə şahid Elşən Ələsgərov yenidən ifadə verib.

Həmin şahid cinayət işinə yeni qoşulan vəkil Adəm Məmmədovun təkidi ilə dindirilib.

O, təqsirləndirilən şəxsi və mərhum qadını tanıdığını deyib: "Anjelikagilə həyat yoldaşımla bir dəfə pərdə asmağa getmişik. Həmin zaman onun evindən xoşagəlməz qoxu gəlirdi. İki ildir onu görmürdüm. Mənim Anjelikaya borcum olmayıb".

N.Vəkilov şahidin yalan danışdığını söyləyib. O, Anjelika Morozovanı E.Ələsgərovun öldürdüyünü bildirib: "Elşən mənə hədə-qorxu gəldi ki, hadisə barədə heç kəsə danışmayım. Elşən qadının evindən çıxanda gördüm. Mən içəri daxil olanda çölə çıxardıb, maşına mindirdi. İki qızıl üzük verib, Qazaxa getməyimi dedi. Elşənin qadına borcu var idi".

Şahid E.Ələsgərov da təqsirləndirilən şəxsin yalan danışdığını qeyd edib.

Daha sonra şahid E.Ələsgərovla N.Vəkilovun ailə üzvləri məhkəmədə mübahisə edib.

Hakim hər iki tərəfə xəbərdarlıq edib.

Məhkəmənin növbəti iclası aprelin 18-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il fevral ayında Bakı şəhəri, Suraxanı rayonunun Hövsan qəsəbəsində baş verib. Həminərazidə Qazax rayon sakini N.Vəkilov Anjelika Morozovanın başına torba keçirərək onu boğub qətlə yetirib.

Qadının meyiti Hövsan qəsəbəsində başına sellofan torba keçirilmiş vəziyyətdə tapılıb. Hadisə yerinə cəlb olunan huquq-mühafizə orqanlarının əməkdaşları meyiti müayinə edən zaman qadının boğularaq qətlə yetirildiyini aşkar ediblər. Məlum olub ki, qətlə yetirilən şəxs 1963-cü il təvəllüdlü A.Vasilyevna Morozovadır.

Hadisədən sonra N.Vəkilov saxlanılıb.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qətlə yetirilən qadın peşəkar voleybolçu kimi tanınıb.

Son xəbərlər

Orphus sistemi