Bakıda vintaçanla qətl törədən gəncin apellyasiya şikayətinə baxılıb

Bakıda vintaçanla qətl törədən gəncin apellyasiya şikayətinə baxılıb Hökm dəyişdirilmədən saxlanılıb
Hadisə
7 Yanvar , 2016 11:22
Bakıda vintaçanla qətl törədən gəncin apellyasiya şikayətinə baxılıb

Bakı. 7 yanvar. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Mehdiyev Orxan Mübariz oğlu barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmənin qərarı elan olunub.

Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, hadisə 2014-cü ilin iyul ayının 7-də Zabrat qəsəbəsində baş verib. Kürdəmir rayon sakini, 1992-ci il təvəllüdlü Mehdiyev Orxan Mübariz oğlu ilə Andrey Vladimiroviç Tbiziyev arasında bir-birinin avtomobilinə yol vermək məsələsində mübahisə yaranıb. Nəticəsində, O.Mehdiyev A.Tbiziyevi vintaçanla qətlə yetirib. 

O.Mehdiyev Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.3-cü (qəsdən adam öldürmə, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə) maddələri ilə ittiham olunub.

2015-ci ilin may ayının 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə O.Mehdiyev 17 il müddətinə azadlıqdan məhrum edilib. 

Son xəbərlər

Orphus sistemi