Bakıda villada qohumunu bıçaqlayan gənc hakim qarşısına çıxarılır

Bakıda villada qohumunu bıçaqlayan gənc hakim qarşısına çıxarılır Bakıda qohumunu bıçaqlamaqda təqsirləndirilən Elvin Paşayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
21 İyul , 2020 10:05
Bakıda villada qohumunu bıçaqlayan gənc hakim qarşısına çıxarılır

Bakıda qohumunu bıçaqlamaqda təqsirləndirilən Elvin Paşayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report” xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim İlham Məmmədovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin fevral ayında paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində baş verib.

Şirvan şəhər sakini, 1995-ci il təvəllüdlü Paşayev Elvin Elçin oğlu adıçəkilən yaşayış massivindəki villalardan birinə gələrək, orada gözətçi işləyən qohumu, Sabirabad rayon sakini, 1980-ci il təvəllüdlü Qayıbov Pənah Şükür oğlunu bıçaqlayaraq hadisə yerindən qaçıb.

Axtarışa verilən E.Paşayev hüquq-mühafizə orqanları tərəfindən tutularaq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi