Bakı. 31 yanvar.
"Report"um məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə E.Məmmədov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, E.Məmmədov 10-a yaxın vətəndaşı işə düzəltmək adı ilə aldadaraq, onlardan ümumilikdə 30 min manat pul alıb. Lakin sonra o, verdiyi vədə əməl etməyib. Zərərçəkmişlərin hüquq-mühafizə orqanlarına şikayəti əsasında saxlanılan E.Məmmədovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə cinayət işi açılıb.