Bakı. 10 dekabr. REPORT.AZ/ Bakıda dəm qazından üç nəfər boğularaq ölüb. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayan Mənsurə Nuriyeva, Yasamal rayonu ərazisində yaşayan Nadejda Zulitova-Loxonova, Sumqayıt şəhərində yaşayan Samirə Zərbəliyeva mənzillərində dəm qazından boğularaq ölüblər.
Faktlarla bağlı araşdırmalar aparılır.