Bakı. 16 fevral. REPORT.AZ/ Bu gün axşam saatlarında Bakı şəhərində və Şəmkir rayonunda yanğın hadisələri qeydə alınıb.
"Report" xəbər verir ki, Şəmkirdə vətəndaşa məxsus birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.
Bakının Nəsimi rayonunda isə vətəndaşa məxsus 3 otaqlı mənzilin mətbəxində qaz balonu və 1 ədəd paltaryuyan maşın yanıb, yüksək temperaturdan mətbəx mebeli və lambirdən ibarət tavan qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.