Yuxarı
    Bağlamaq

    ​Bakıda və Göygöl rayonunda ev yanıb

    Hadisə yerlərinə FHN-in əməkdaşları cəlb olunub

    Bakı. 21 yanvar. REPORT.AZ/ Göygöl rayonunun Qızılqaya qəsəbəsində vətəndaşa məxsus birmərtəbəli 5 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları yanıb.

    "Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub, yanğın söndürülüb.

    Digər hadisə isə Bakının Səbail rayonunda baş verib. Vətəndaşa məxsus birmərtəbəli 1 otaqlı evin dam örtüyü yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi