​Bakıda və Beyləqanda yanğın hadisələri baş verib

​Bakıda və Beyləqanda yanğın hadisələri baş verib Hadisə yerlərinə yanğınsöndürənlər cəlb olunub
Hadisə
9 May , 2015 22:43
​Bakıda və Beyləqanda yanğın hadisələri baş verib

Bakı. 9 may. REPORT.AZ/ Günorta saatlarında Bakıda və Beyləqanda yanğın hadisələri qeydə alınıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, paytaxtın Sabunçu rayonunda sahibi məlum olmayan istifadəyə yararsız evin dam örtüyü yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Beyləqan rayonunda isə vətəndaşa məxsus birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hər iki halda yanğınlar yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi