Yuxarı
    Bağlamaq

    Bakıda üzünə "kislota" tökülən qadın: "Mənə dəymiş ziyan ödənsə, onu bağışlayacağam"

    Növbəti proses martın 14-nə təyin edilib

    Bakı. 7 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Tural Hüseynov və Vüqar Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

    "Report"un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş gözünün birinin olmadığını deyib.

    O, dəymiş ziyana görə icraçıdan pul tələb edib: "Əgər mənə pul ödənsə, onu bağışlayacağam. Hazırda bir gözüm görmür".

    Hakim bildirib ki, təqsirləndirilən T.Hüseynov bir neçə dəfə ifadəsini dəyişib. 

    T.Hüseynov isə məhkəmədə arvadının üzünə "kislota" tökdürülmə sifarişini vermədiyini söyləyib.

    Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan olunub. Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib.

    Növbəti proses martın 14-nə təyin edilib.

    Qeyd edək ki, dəhşətli hadisə ötən il mart ayının 11-də Pirallahı rayonunda baş verib. Cinayətin qurbanı Pirallahı qəsəbə sakini Nuranə Hüseynova olub. 

    İstintaq zamanı müəyyən edilib ki, V.Kərimov N.Hüseynovanın evinin yanında pilləkənlərlə düşərkən hücum edib. Cinayətin sifarişçisi isə Nuranənin keçmiş əri Tural olub.

    T.Hüseynov sifarişin yerinə yetirilməsi üçün V.Kərimova pul vəd edib, amma ödəməyi çatdırmayıb. 

    Pirallahı Rayon Polis İdarəsinin əməkdaşları cinayəti törədən qadının keçmiş həyat yoldaşı, cinayətin sifarişçisi 1987-ci il təvəllüdlü T.Hüseynov, icraçısı isə 1981-ci il təvəllüdlü V.Kərimovu saxlayıblar.

    T.Hüseynov və V.Kərimov Cinayət Məcəlləsinin 126.2.3-(xüsusi amansızlıqla və əzab verərk sağlamlığa bilərəkdən xəsarət yetirmək) maddəsi ilə ittiham edilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi