Bakıda üzərində xəsarətlər olan kişi meyiti tapılıb

Bakıda üzərində xəsarətlər olan kişi meyiti tapılıb Meyit Yasamal rayonunda yerləşən mənzildə aşkar edilib
Hadisə
30 Noyabr , 2017 08:48
Bakıda üzərində xəsarətlər olan kişi meyiti tapılıb
Report

Bakı. 30 noyabr. REPORT.AZ/ Bakının Yasamal rayonunda mənzildən kişi meyiti tapılıb.

"Report" xəbər verir ki, 1980-ci il təvəllüdlü Zeynalov Kamal Oqtay oğlunun meyiti Şərifzadə küçəsində yerləşən binalardan birində tək yaşadığı mənzildə aşkar edilib.

Onun üz nahiyəsində xəsarət izləri olub. İlkin ehtimala görə, mərhum sərxoş vəziyyətdə olarkən yıxılıb və ölüb.

Fakt Yasamal Rayon Prokurorluğu tərəfindən araşdırılır. Ölümün səbəblərini araşdırmaq üçün ekspertiza aparılır.

Son xəbərlər

Orphus sistemi