Bakıda üzərində odlu silah gəzdirən şəxs tutuldu

Bakıda üzərində odlu silah gəzdirən şəxs tutuldu Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində qanunsuz olaraq odlu silah, döyüş sursatı daşımaqda şübhəli bilinən 1977-ci il təvəllüdlü, Sabunuçu rayonu, Nardaran qəsəbə sakini Samir Babayev müəyyən olunaraq saxlanılıb.
Hadisə
15 May , 2020 15:27
Bakıda üzərində odlu silah gəzdirən şəxs tutuldu

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində qanunsuz olaraq odlu silah, döyüş sursatı daşımaqda şübhəli bilinən 1977-ci il təvəllüdlü, Sabunuçu rayonu, Nardaran qəsəbə sakini Samir Babayev müəyyən olunaraq saxlanılıb. 

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 234-cü (narkotik) maddələrlə məhkum olunan şübhəli şəxsin üzərinə baxış zamanı 1 ədəd “Rovolver” (Naqan) markalı atəşə yararlı tapança, 6 ədəd həmin silaha məxsus patron aşkar edilərək götürülüb. 

Saxlanılan şəxs silah-sursatın ona baba yadigarı olduğunu bildirməklə, polisə təhvil verməyərək qanunsuz olaraq üzərində gəzdirdiyini etiraf edib. Bir-birinə zidd ifadələr verən Samir Babayev sonda silahı satmaq üçün müştəri axtardığını bildirib.

Faktla bağlı başlanmış cinayət işi şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi