Bakıda üzərində çoxsaylı xəsarətlər olan kişi meyitinin şəxsiyyəti müəyyənləşdirilib - YENİLƏNİB

Bakıda üzərində çoxsaylı xəsarətlər olan kişi meyitinin şəxsiyyəti müəyyənləşdirilib - YENİLƏNİB Faktla bağlı cinayət işi açılıb
Hadisə
26 May , 2016 16:03
Bakıda üzərində çoxsaylı xəsarətlər olan kişi meyitinin şəxsiyyəti müəyyənləşdirilib - YENİLƏNİB

*** 15:46

Bakı. 26 may. REPORT.AZ/ Bu gün Bakının Xəzər rayonu, Albalı yaşayış massivində (Buzovna qəsəbəsi) yol kənarında təxminən 30-35 yaşlarında kişi meyiti tapılıb.

“Report”un xəbərinə görə, həmin şəxsin sağ ayağının sındığı və sifət nahiyəsində çoxsaylı xəsarətlər olduğu müəyyənləşib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirildiyi əməliyyat tədbirləri nəticəsində onun şəxsiyyəti müəyyən edilib. Məlum olub ki, ölən şəxs Şağan qəsəbə sakini, 1977-ci il təvəllüdlü Ruslan Əzimovdur.

Onun Mərdəkan-Buzovna şossesi, “Qala” marketin qarşısında avtomobillə vurularaq öldürüldüyü ehtimal edilir.

Faktla CM-nin 263-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi