Bakıda usta mənzil sahibinin evindən 70 min manatlıq oğurluq edib

Bakıda usta mənzil sahibinin evindən 70 min manatlıq oğurluq edib Hadisə Səbail rayonu ərazisində qeydə alınıb
Hadisə
17 Noyabr , 2016 16:21
Bakıda usta mənzil sahibinin evindən 70 min manatlıq oğurluq edib

Bakı. 17 noyabr. REPORT.AZ/ Bakı sakinin mənzilində usta işləyən şəxs ev sahibinin dəyəri təqribən 70 min manat olan qızıl-zinət əşyasını quldurluq yolu ilə əldə edib.

“Report” un xəbərinə görə, Neftçilər prospekti ev 67 mənzil 21 ünvanında yaşayan 1958-ci il təvəllüdlü Gülşən Rəfiyeva hüquq-mühafizə orqanlarına müraciət edərək evində usta işləyən Kürdəmir rayon sakini 1987-ci il təvəllüdlü Rəşad Ömərov tərəfindən 70 min manat dəyərində qızıl-zinət əşyaları oğurladığını bildirib. 

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi