Bakıda uşaq həkiminə qarşı dələduzluq edən şəxsin məhkəməsində şahid dindirilib

Bakıda uşaq həkiminə qarşı dələduzluq edən şəxsin məhkəməsində şahid dindirilib Bakı. 11 oktyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Cahid İsayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
11 Oktyabr , 2018 12:22
Bakıda uşaq həkiminə qarşı dələduzluq edən şəxsin məhkəməsində şahid dindirilib

Bakı. 11 oktyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Cahid İsayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Mikayıl Cəfərov ifadə verib.

Məhkəmədə məlum olub ki, C.İsayevin əldə etdiyi dərmanlar onun evində saxlanılıb.

Şahid ifadəsində təqsirləndirilən şəxsin onun evində dərman saxladığını təsdiqləyib: "Cahid zəng edib, dərmanları evimdə saxlamağımı xahiş etdi. Sonra belə bir iş olanda onun qardaşı gəlib apardı".

Məhkəmənin növbəti iclası oktyabrın 16-na təyin edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, C.İsayev Familə Abdullayeva ilə Mehriban Məmmədovaya qarşı dələduzluq edib. O, Bakıda həmin şəxslərə yalan vəd verərək depolardan tibbi ləvazimatlar alıb apteklərə satmaq yolu ilə gəlir əldə edəcəklərini bildirib. Qadınlar həmin işin görülməsi müqabilində ona, ümumilikdə, 95 min manat pul verəndən sonra isə C.İsayev verdiyi vədə əməl etməyərək onları aldadıb.

Daha sonra F.Abdullayeva ilə M.Məmmədova hüquq-mühafizə orqanlarına müraciət edib.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş C.İsayev saxlanılaraq istintaqa təqdim edilib.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, M.Məmmədova 2000-ci illərdən Uşaq Nevroloji Xəstəxanasında həkim vəzifəsində çalışır. 

Son xəbərlər

Orphus sistemi