Bakıda uşaq bağçası və restorandan oğurluq edən şəxs saxlanıldı

Bakıda uşaq bağçası və restorandan oğurluq edən şəxs saxlanıldı Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən uşaq bağçalarından birindən oğurluq edilib. Naməlum şəxs pəncərədən içəri daxil olaraq oradan kompüter avadanlıqları və müşahidə kamerasının yaddaş blokunu oğurlayıb.
Hadisə
15 May , 2020 16:41
Bakıda uşaq bağçası və restorandan oğurluq edən şəxs saxlanıldı

Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən uşaq bağçalarından birindən oğurluq edilib. Naməlum şəxs pəncərədən içəri daxil olaraq oradan kompüter avadanlıqları və müşahidə kamerasının yaddaş blokunu oğurlayıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən, Ağdaş rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Habil Seyidov saxlanılıb. 

Ətrafında aparılan əlavə əməliyyat tədbirləri zamanı onun Nəsimi rayonu A.Məhərrəmov küçəsində yerləşən “Rus Dili Mərkəzi”ndən, həmçinin 3 kafe və 1 “play station” salonundan ümumilikdə 4 televizor, oyun aparatları və sair qiymətli əşyalar oğurladığı məlum olub. Habil Seyidov zərərçəkən obyekt sahiblərinə ümumilidə 10 000 manata yaxın maddi ziyan vurub.

Qeyd edilən xüsusatlarla saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Silsilə cinayətlər törətməkdə şübhəli bilinən Habil Seyidov tutularaq istintaqa cəlb olunub, araşdırmalar davam etdirilir.

Habil Seyidov
Habil Seyidov

Son xəbərlər

Orphus sistemi