Bakıda uşağın pəncərədən yıxılaraq ölməsi faktına görə cinayət işi başlanılıb

Bakıda uşağın pəncərədən yıxılaraq ölməsi faktına görə cinayət işi başlanılıb Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir
Hadisə
20 İyul , 2018 10:27
Bakıda uşağın pəncərədən yıxılaraq ölməsi faktına görə cinayət işi başlanılıb
0 : 00
0 : 00

Bakı. 20 iyul. REPORT.AZ/ Bakı şəhəri, Qaradağ rayonunda valideyn diqqətsizliyi və səhlənkarlığı ucbatından 2015-ci il təvəllüdlü Quliyeva Aytac Eşqin qızı yaşadığı binanın 6-cı mərtəbəsində yerləşən mənzilin pəncərəsindən yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Bu barədə “Report”a Bakı Şəhər Prokurorluğundan məlumat verilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Ailə faciəsinə səbəb olan belə bədbəxt hadisələrin təkrarlanmaması üçün valideynlərə azyaşlı övladlarına qarşı daha diqqətli və məsuliyyətli olmaları tövsiyə edilir.

Son xəbərlər

Orphus sistemi