Bakıda üçqat dünya çempionunun məhkəməsi başlayıb

Bakıda üçqat dünya çempionunun məhkəməsi başlayıb Bakı. 5 sentyabr. REPORT.AZ/ Bakıda ölümlə nəticələn ağır-yol nəqliyyat hadisəsi törətməkdə və hadisə yerindən qaçmaqda təqsirləndirilən peşəkar idmançı Urxan Orucovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Hadisə
5 Sentyabr , 2018 11:23
Bakıda üçqat dünya çempionunun məhkəməsi başlayıb

Bakı. 5 sentyabr. REPORT.AZ/ Bakıda ölümlə nəticələn ağır-yol nəqliyyat hadisəsi törətməkdə və hadisə yerindən qaçmaqda təqsirləndirilən peşəkar idmançı Urxan Orucovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Report"un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı sentyabrın 11-ə təyin edilib.

Xatırladaq ki, bu il yanvarın 25-də saat 1 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yolu keçən Maştağa qəsəbə sakini Səlim Zülfüqarov müəyyən edilməmiş avtomobillə vurulub. 31 yaşlı Səlim Zülfüqarov ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb. Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “BMW” markalı avtomobillə törədildiyi müəyyən edilib. Görülmüş tədbirlərlə hadisə yerindən qaçan həmin nəqliyyat vasitəsinin sürücüsü - Bakı şəhər sakini Urxan Orucov saxlanılaraq istintaqa təhvil verilib. Ölümlə nəticələnən qəzanı törədən və hadisə yerindən qaçan Urxan Orucov peşəkar idmançıdır. Kikboksinq və kunq-fu idman növləri ilə məşğul olan 29 yaşlı Urxan 3 qat dünya, 8 qat Azərbaycan çempionudur.

Son xəbərlər

Orphus sistemi