Bakı. 3 dekabr. REPORT.AZ/ Bakıda vətəndaşa məxsus üçotaqlı evdə yanğın hadisəsi baş verib.
"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.
Vətəndaşa məxsus birmərtəbəli 3 otaqlı evin 2 otağı və dam örtüyü yanıb. Evin qalan hissəsi və ona bitişik ev yanğından mühafizə olunub. Yanğın söndürülüb.