Bakı. 8 dekabr. REPORT.AZ/ Bakıda yanğın hadisəsi baş verib.
"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, paytaxtın Suraxanı rayonunda vətəndaşa məxsus olan 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları, ona bitişik 2 otaqlı evin mətbəxinin tavanı yanıb.
Evin qalan hissəsi və digər bitişik ev yanğından mühafizə olunub.Yanğın söndürülüb.