Bakıda üçmərtəbəli yaşayış binasındakı yanğın söndürülüb

Bakıda üçmərtəbəli yaşayış binasındakı yanğın söndürülüb Bakı şəhərinin Səbail rayonunda üçmərtəbəli yaşayış binasında baş vermiş yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə
1 Avqust , 2022 20:24
Bakıda üçmərtəbəli yaşayış binasındakı yanğın söndürülüb

Bakı şəhərinin Səbail rayonunda üçmərtəbəli yaşayış binasında baş vermiş yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə ilə bağlı əlavə məlumat veriləcək.

19:55

Bakı şəhərinin Səbail rayonunda üçmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

"Report" bu barədə FHN-ə istinadən xəbər verir.

Məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, pilləkən qəfəsində elektrik lövhəsi yanır.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi