Bakıda üç piyada yol qəzasında xəsarət alıb
- 29 oktyabr, 2021
- 04:41
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.
Avtomobil yolu keçən 2000-ci il təvəllüdlü Ağayev Elşad Ceyhun oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Digər hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1996-cı il təvəllüdlü Dibirova Yazsi Azad qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Bundan başqa 1983-cü il təvəllüdlü Orucov Xaliq Əlövsət oğlu da yolu keçərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hər üç faktla bağlı araşdırma aparılır.