Bakıda üç ay əvvəl yol qəzasında ölən qadının yaxınları axtarılır

Bakıda üç ay əvvəl yol qəzasında ölən qadının yaxınları axtarılır Həmin şəxsi tanıyanlardan polisə məlumat vermələri xahiş olunur
Hadisə
27 Sentyabr , 2017 17:09
Bakıda üç ay əvvəl yol qəzasında ölən qadının yaxınları axtarılır

Bakı. 27 sentyabr. REPORT.AZ/ Bakıda üç ay əvvəl yol qəzası nəticəsində vəfat edən qadının yaxınları axtarılır.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu ilin iyunun 8-də Suraxanı rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 39-42 yaşlarında bir qadın bədən xəsarətləri ilə 3 saylı Kliniki Xəstəxanaya yerləşdirilib və üç gün sonra xəstəxanada ölüb.

Şəxsiyyəti istintaqa məlum olmayan həmin qadın xəstəxanaya daxil olduqda Mərdəkan qəsəbəsində yaşadığını, adının və soyadının Mahizarova Tahirə Davud qızı, 39 yaşı olduğunu göstərib.

Həmin qadının xarakterik əlamətləri belədir: orta boylu, dolu bədənli, şabalıdı saçları, əynində qara paltar var.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Xidməti Zəng Mərkəzi”nə, həmçinin Suraxanı Rayon Polis İdarəsinə (012) 452-02-02 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur. 

Son xəbərlər

Orphus sistemi