Bakı. 22 dekabr. REPORT.AZ/ Bakıda Türkiyə vətəndaşının evindən oğurluq edilib. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində yaşayan Türkiyə vətəndaşı Ayhan Yıldızın evindən 850 manat oğurlanıb. Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən Ucar rayon sakini Afiyət İslamova saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.