Bakıda tunelin ortasında mübahisə edən sürücülər ağır yol qəzasına səbəb olublar - FOTO - VİDEO - YENİLƏNİB

Bakıda tunelin ortasında mübahisə edən sürücülər ağır yol qəzasına səbəb olublar - FOTO - VİDEO - YENİLƏNİB Onlar yolu bağladıqlarından iki yük maşını bir-birinə çırpılıb
Hadisə
352
2 Fevral , 2018 10:40
Bakıda tunelin ortasında mübahisə edən sürücülər ağır yol qəzasına səbəb olublar - FOTO - VİDEO - YENİLƏNİB
Report

Video əlavə olunub


*** 01:39

Bakı. 2 fevral. REPORT.AZ/ Paytaxtın Ziya Bünyadov prospektinin Binəqədi rayonu ərazisinə düşən hissəsində ağır yol qəzası baş verib.

“Report” xəbər verir ki, qəza zamanı iki yük maşını toqquşub.

"99-CE-034" dövlət qeydiyyat nişanlı "Shacman" markalı yük avtomobilinin 1973-cü il təvəllüdlü sürücüsü Abbasov Tərlan Əldilşad oğlu idarəetməni itirərək qarşıda hərəkət edən "Kamaz"ın qəfil əyləcdən istifadə etməsi nəticəsində ona çırpılıb.

Nəticədə T.Abbasov sol ayağından sınıq xəsarətləri alıb. Kabinada sıxılıb qalmış yaralı ətrafdakıların köməyi ilə avtomobildən çıxarılıb və xəstəxanaya yerləşdirilib. Onun xəsarət alan ayağı amputasiya edilib. Qəza nəticəsində "Kamaz" markalı yük avtomobilindən yola qum dağılıb. Tuneldə qısamüddətli sıxlıq yaranıb.

Hadisə yerinə cəlb olunmuş Yol Patrul Xidməti əməkdaşlarının "Report"a verdiyi məlumata görə, "Kamaz"ın qəfil əyləcdən istifadə etməsinə səbəb onun qarşısında iki "VAZ-2107" markalı avtomobil sürücüsünün maşınları tunelin ortasında saxlayaraq mübahisə etməsi olub.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi