Bakıda toy mərasiminə dəvət olunmadan gələn şəxs döyülüb

Bakıda toy mərasiminə dəvət olunmadan gələn şəxs döyülüb O, ağır xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib
Hadisə
7 Dekabr , 2016 10:44
Bakıda toy mərasiminə dəvət olunmadan gələn şəxs döyülüb

Bakı. 7 dekabr. REPORT.AZ/ Bakıda toy mərasiminə dəvət olunmadan gələn şəxs döyülüb.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Dəniz" şadlıq sarayında qeydə alınıb.

Belə ki, 1973-cü il təvəllüdlü Əzimov Mübariz Famil oğlu tanımadığı şəxsin toy mərasimində iştirak edib. O, yeyib-içdikdən sonra qonaqlarla mübahisə edib. "Çağırılmamış qonaq" elə bəyin qohumları tərəfindən döyülərək həyətə çıxarılıb.

Ağır xəsarət alan M.Əzimov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, M.Əzimov hadisə vaxtı sərxoş olub.

Faktla bağlı araşdırma aparılıb. 

Son xəbərlər

Orphus sistemi