Bakıda şadlıq evində toy mərasimi zamanı dava düşüb, xəsarət alan var - FOTO - VİDEO - YENİLƏNİB

Bakıda şadlıq evində toy mərasimi zamanı dava düşüb, xəsarət alan var - FOTO - VİDEO - YENİLƏNİB Hadisə yerinə Nizami Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib
Hadisə
27 Aprel , 2017 11:12
Bakıda şadlıq evində toy mərasimi zamanı dava düşüb, xəsarət alan var - FOTO - VİDEO - YENİLƏNİB
Report.az

*** İlk xəbər 08:30-da dərc olunub. Video əlavə olunub

Bakı. 27 aprel. REPORT.AZ/ Bakıda şadlıq evində toy mərasimi zamanı dava düşüb.

"Report"un xəbərinə görə, hadisə Nizami rayonunda fəaliyyət göstərən "Şəlalə" şadlıq sarayında qeydə alınıb.

Belə ki,  şadlıq sarayında keçirilən toy mərasimi zamanı 24 yaşlı Mustafayev Şərif Rəfael oğlu qohumları ilə mübahisə edib. Mübahisə əlbəyaxa dava ilə nəticələnib və Ş.Mustafayev dava zamanı şadlıq sarayının giriş qapısının şüşəsinə çırpılıb. Nəticədə onun qolunu şüşə kəsib. Çoxlu qan itirmiş Ş.Mustafayev xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi