Bakıda “Topaz” məntəqəsindən oğurluq olub

Bakıda “Topaz” məntəqəsindən oğurluq olub Faktla bağlı araşdırma aparılır
Hadisə
30 Dekabr , 2016 17:46
Bakıda “Topaz” məntəqəsindən oğurluq olub

Bakı. 30 dekabr. REPORT.AZ/ Bakıda “Topaz” məntəqəsindən oğurluq olub.

“Report” xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, Qax rayon sakini Səlim Quliyevə məxsus “Topaz” məntəqəsindən oğurluq edilib. Polisə məlumat verən zərərçəkən naməlum şəxs və ya şəxslər tərəfindən obyektin dəmir qapısının qırılaraq oradan 2500 manat pul və 1500 manatlıq uduşlu kuponların oğurlandığını bildirib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi