Bakıda Tərtər sakininin avtomobili qaçırılıb

Bakıda Tərtər sakininin avtomobili qaçırılıb Bakı. 26 fevral. REPORT.AZ/ DİN-in “102 - Zəng Mərkəzi” Xidmətinə müraciət edən Tərtər rayon sakini V.Abbasov fevralın 25-də saat 10 radələrində Nərimanov rayonu ərazisindən “Daewoo” markalı avtomobilinin qaçırıldığını bildirib.
Hadisə
26 Fevral , 2019 11:34
Bakıda Tərtər sakininin avtomobili qaçırılıb

Bakı. 26 fevral. REPORT.AZ/ DİN-in “102 - Zəng Mərkəzi” Xidmətinə müraciət edən Tərtər rayon sakini V.Abbasov fevralın 25-də saat 10 radələrində Nərimanov rayonu ərazisindən “Daewoo” markalı avtomobilinin qaçırıldığını bildirib.

DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, dərhal 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil qısa müddətdə F.X.Xoski prospektində aşkar edilib.

Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini C.Əhmədli saxlanılıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi