Bakıda tələbəyə qarşı quldurluq edən şəxslər saxlanılıblar

Bakıda tələbəyə qarşı quldurluq edən şəxslər saxlanılıblar Bakı. 29 iyun. REPORT.AZ/ Bakıda tələbəyə qarşı quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Hadisə
29 İyun , 2018 10:53
Bakıda tələbəyə qarşı quldurluq edən şəxslər saxlanılıblar

Bakı. 29 iyun. REPORT.AZ/ Bakıda tələbəyə qarşı quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edən Ağcabədi rayon sakini E.Həsənov iyunun 27-də saat 22 radələrində D.Əliyeva küçəsində 2 nəfərin onu bıçaqla hədələyib içərisində 140 manatı, 100 ABŞ dolları və tələbə bileti olan pulqabısını aldıqlarını bildirib.

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. 

Araşdırmalarla onların Bakı şəhər sakini Hüseyn Musayev və Əziz Musayev olduqları məlum olub və digər analoji cinayət əməllərinin də üstü açılıb. Onların iyunun 21-də axşam saatlarında Səbail rayonu ərazisində Bakı şəhər sakini M.Nəsirovun 48 manatını quldurluq yolu ilə almaları da müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi