Yuxarı
    Bağlamaq

    Bakıda tələbə qızlar arasında dava olub: xəsarət alan var

    Bəsti Səfərova xəsarət alaraq xəstəxanaya yerləşdirilib© Courtesy İmage

    Bakı. 2 may. REPORT.AZ/ Bakıda tələbə qızlar arasında dava olub.

    "Report" xəbər verir ki, hadisə Azərbaycan Dövlət Pedaqoji Universitetində baş verib.

    Belə ki, universitetin tələbəsi, 1997-ci il təvəllüdlü Səfərova Bəsti Bədəl qızı rəfiqəsi ilə dava edib. Nəticədə B.Səfərova xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

    B.Səfərova polisə ilkin ifadəsində universitetdə yıxıldığını bildirib. Lakin Nərimanov Rayon Polis İdarəsi tərəfindən aparılan araşdırma zamanı B.Səfərovanın rəfiqəsi ilə əlbəyaxa dava etdiyi məlum olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi