Bakıda tələbə qızlar arasında baş vermiş davada 1 nəfər xəsarət alıb

Bakıda tələbə qızlar arasında baş vermiş davada 1 nəfər xəsarət alıb 19 yaşlı Səma Babayeva üzündən xəsarət alıb
Hadisə
2 May , 2017 08:45
Bakıda tələbə qızlar arasında baş vermiş davada 1 nəfər xəsarət alıb

Bakı. 2 may. REPORT.AZ/ Bakıda ali məktəbdə tələbə qızlar arasında dava olub.

"Report" xəbər verir ki, hadisə Nərimanov rayonunda, Azərbaycan Dövlət İqtisad Universitetinin II tədris binasında qeydə alınıb.

Belə ki, 19 yaşlı tələbə Babayeva Səma Tahir qızı tələbə yoldaşı ilə mübahisə edib. Nəticədə onlar arasında əlbəyaxa dava olub və S.Babayeva döyülərək üz nahiyəsindən xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi