​Bakıda təhsil şöbəsi müdirinin oğlunu öldürən şəxs məhkəməyə müraciət edib

​Bakıda təhsil şöbəsi müdirinin oğlunu öldürən şəxs məhkəməyə müraciət edib İşə hakim Həsən Əhmədovun sədrliyi ilə baxılacaq
Hadisə
23 İyul , 2016 12:38
​Bakıda təhsil şöbəsi müdirinin oğlunu öldürən şəxs məhkəməyə müraciət edib

Bakı. 23 iyul. REPORT.AZ/ Bakıda 23 yaşlı əmisi oğlunu qətlə yetirən Elşən Nəzir oğlu Nəsirovun barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

“Report”un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək hazırlıq iclası iyulun 25-nə təyin edilib.

İşə hakim Həsən Əhmədovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, hadisə 2015-ci ilin noyabr ayında Nizami rayonu, Qara Qarayev 55 ünvanında baş verib. Lerik rayon sakini, 23 yaşlı Nəsirov Elşən Nəzir oğlu əmisi oğlu Elnur Balaşirin oğlu Nəsirovun başını kəsərək qətlə yetirib. Hadisədən sonra E.Nəsirov Nəsimi Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə könüllü təslim olub.

Araşdırma zamanı məlum olub ki, E.Nəsirov hadisəni namus üstündə törədib. Belə ki, Elnur Nəsirovun öz əmisi qızı ilə ailə həyatı quracağı gözlənilsə də, o, təhsil aldığı universitetdə birlikdə oxuduğu bir qızla evlənib. Onun bu hərəkəti əmisi oğlu Elşən Nəsirov tərəfindən etirazla qarşılanıb. Nəticədə Elşən Nəsirov əmisi oğlunu öldürərək qisas alıb.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Nəsirov 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Xatırladaq ki, öldürülən gənc Lerik rayon Təhsil Şöbəsinin müdiri Balaşirin Nəsirovun oğludur. Balaşirin Nəsirovun qardaşı, yəni qətl törətməkdə şübhəli bilinən şəxsin atası Nəzir Nəsirov Bakıda bizneslə məşğul olur.

Son xəbərlər

Orphus sistemi