Bakıda təhsil alan iranlı tələbələr Azərbaycan xalqına başsağlığı verib

Bakıda təhsil alan iranlı tələbələr Azərbaycan xalqına başsağlığı verib "Baş verən dəhşətli yanğın tələbələri təəssüfləndirdi"
Hadisə
21 May , 2015 19:56
Bakıda təhsil alan iranlı tələbələr Azərbaycan xalqına başsağlığı verib

Bakı. 21 may. REPORT.AZ/ Bakıda təhsil alan iranlı tələbələr mayın 19-da Binəqədi rayonunda baş verən güclü yanğınla əlaqədar bəyanat yayıblar.

Azərbaycanda təhsil alan iranlı tələbələrin elmi-mədəni birliyindən "Report"a verilən məlumatda deyilir ki, baş verən dəhşətli yanğın hadisəsi birliyin bütün üzvlərini təəssüfləndirib.

"Bir çoxumuzun yaxından şahidi olduğumuz bu acınacaqlı hadisə Azərbaycan vətəndaşı olan bir neçə insanın yaralanması və həyatını itirməsi ilə nəticələndi. Biz Azərbaycada təhsil alan iranlı tələbələrin elmi-mədəni birliyi adından bu faciədən kədərləndiyimizi bildirir, bu ağrılı hadisə ilə bağlı dost və qardaş ölkə olan Azərbaycan xalqına dərin hüzn və üzüntü ilə başsağlığı veririk. Bu hadisədə həyatını itirən insanlar üçün Uca Tanrıdan rəhmət diləyərək, onların yaxınları və həmçınin zərərçəkmişlər üçün səbr arzu edirik. Azərbaycan xalqı başınız sağ olsun!", - bəyanatda deyilir.

Son xəbərlər

Orphus sistemi