Bakıda təcridxanaya telefon keçirmək cəhdinin qarşısı alınıb - FOTO

Bakıda təcridxanaya telefon keçirmək cəhdinin qarşısı alınıb - FOTO Fakt üzrə araşdırma aparılır
Hadisə
26 Yanvar , 2015 19:43
Bakıda təcridxanaya telefon keçirmək cəhdinin qarşısı alınıb - FOTO

Bakı. 26 yanvar. REPORT.AZ/ Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına telefon keçirmək cəhdinin qarşısı alınıb. "Report" xəbər verir ki, bu barədə xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda bildirilir.

Məlumatda bildirilir ki, Cinayət Məcəlləsinin 180.1 maddəsinə əsasən həbs edilən şəxs Həsənbala Sərdar oğlu Tahirovun yanına qısamüddətli görüşə gəlmiş dostu, Bakı şəhər sakini Cavad Raqib oğlu Cavad-zadənin üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman sovqatda olan “ARKO MEN" üzqırxan gelin içərisində xüsusi üsulla gizlədilən, daxilində “Cin” danışıq kartı olan 1 ədəd “Samsung” markalı mobil telefon aparatı, 1 ədəd “Nar” danışıq kartı və 1 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi