Bakıda təcridetmə mərkəzində saxlanılan şəxs kamera yoldaşını döyərək öldürüb

Bakıda təcridetmə mərkəzində saxlanılan şəxs kamera yoldaşını döyərək öldürüb Faktla bağlı cinayət işi başlanıb
Hadisə
25 Noyabr , 2017 17:12
Bakıda təcridetmə mərkəzində saxlanılan şəxs kamera yoldaşını döyərək öldürüb

Bakı. 25 noyabr. REPORT.AZ/ Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Müvəqqəti təcridetmə mərkəzində saxlanılan 30 yaşlı Elman İbrahimov kamera yoldaşı Çingiz Xəlilovu döyüb.

“Report”un xəbərinə görə, Ç.Xəlilov ağır xəsarətlər alıb. O, 1 saylı Kliniki Tibbi Mərkəzə yerlışdirilsə də, həkimlər Ç.Xəlilovun həyatını xilas edə bilməyib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, bu əməl ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi