Bakıda təcili yardımın əməkdaşı intihara cəhd edib

Bakıda təcili yardımın əməkdaşı intihara cəhd edib 53 yaşlı Barat Mahmudov özünü pəncərədən yerə atıb
Hadisə
2 Avqust , 2017 08:38
Bakıda təcili yardımın əməkdaşı intihara cəhd edib

Bakı. 2 avqust. REPORT.AZ/ Bakıda intihara cəhd hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Mir Cəlal Paşayev küçəsi, 36 ünvanında yerləşən beşmərtəbəli binanın 3-cü mərtəbəsində yaşayan 53 yaşlı Barat Mahmudov özünü pəncərədən yerə atıb. Lakin o, həyətdəki ağacın budağına ilişib.

B.Mahmudov 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun döş qəfəsinin qabırğa sümüklərinin sındığını bildiriblər.

B.Mahmudovun vəziyyəti kafi qiymətləndirilir. Qeyd edək ki, o, Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının sürücüsüdür.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi