Bakıda “Təcili yardım” maşını qəzaya düşüb: həkim, tibb bacısı və turist xəsarət alıb

Bakıda “Təcili yardım” maşını qəzaya düşüb: həkim, tibb bacısı və turist xəsarət alıb Faktla bağlı araşdırma aparılır
Hadisə
10 İyul , 2018 15:59
Bakıda “Təcili yardım” maşını qəzaya düşüb: həkim, tibb bacısı və turist xəsarət alıb
Report
0 : 00
0 : 00

Bakı. 10 iyul. REPORT.AZ/ Bakı şəhərində “Təcili yardım” maşını qəzaya düşüb.

“Report”un xəbərinə görə, Nərimanov rayonunda 8 saylı Təcili Tibbi Yardım Stansiyasına məxsus “Mercedes” markalı “Təcili yardım” maşını ilə “Daewoo” markalı avtomobil toqquşub. Nəticədə “Təcili yardım” maşınında olan həkim Fidan Rəcəbova və tibb bacısı Gülnarə Hüseynova, həmçinin “Daewoo”nun sərnişini, BƏƏ vətəndaşı, 1950-ci il təvəllüdlü Bosaid Salima xəsarət alaraq xəstəxanaya yerləşdırılıblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi