Bakıda "Taxta bazarı"nda yanğın söndürülüb

Bakıda "Taxta bazarı"nda yanğın söndürülüb Bakıda yanğın hadisəsi baş verib.
Hadisə
17 Avqust , 2021 04:05
Bakıda Taxta bazarında yanğın söndürülüb
0 : 00
0 : 00

Bakının Nərimanov rayonunda “Taxta bazarı” adlanan tikinti materiallarının satışı bazarında baş vermiş yanğın söndürülüb.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd edilir ki, yanğın saat 02:30-da başlayıb. Hadisə yerinə FHN-in dörd yanğınsöndürmə maşını cəlb edilib və yanğın saat 02:43-də söndürülüb. Hadisə nəticəsində 70 kvadratmetr metr ərazidə taxtalar yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

03:04

Bakıda yanğın hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nərimanov rayonunda “Taxta bazarı” adlanan tikinti materiallarının satışı bazarında başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi