Bakı. 14 oktyabr. REPORT.AZ/ Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi olub.
"Report"un xəbərinə görə, Məlikov küçəsində 17 yaşlı İsabala Allahverdiyev və tanışı 41 yaşlı Eldəniz Abbasov aralarında münaqişə zəminində bir-birinə bıçaq xəsarəti yetirib.
İ.Allahverdiyevin vəziyyəti ağır olduğundan xəstəxanaya yerləşdirilib. E.Abbasov evdə müayinə olunub.
Faktla bağlı araşdırma aparılır.