​Bakıda tanışını qətlə yetirmiş şəxsin görüntüləri yayılıb - FOTO

​Bakıda tanışını qətlə yetirmiş şəxsin görüntüləri yayılıb - FOTO Faktla bağlı cinayət işi başlanılıb
Hadisə
13 Aprel , 2015 18:07
​Bakıda tanışını qətlə yetirmiş şəxsin görüntüləri yayılıb - FOTO

Bakı. 13 aprel. REPORT.AZ/ Bakıda qətl törətmiş şəxsin görüntüləri yayılıb. “Report” Kupyorkin Vladimir Viktoryeviç adlı həmin şəxsin görüntülərini təqdim edir.

Qeyd edək ki, Bakının Səbail rayonunda 45 yaşlı Rafiq Ağayevin üzərində kəsilmiş-deşilmiş xəsarətləri olan meyiti tapılıb. Hadisədən sonra əraziyə polis və prokurorluq orqanlarının əməkdaşları cəlb edilib. Keçirilən əməliyyat zamanı R.Ağayevin tanışı, 1972-ci il təvəllüdlü Vladimir Viktoryeviç Kupyorkin tərəfindən qətlə yetirilməsi məlum olub və o, saxlanılaraq istintaqa təqdim edilib. Faktla bağlı Səbail Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Qətlə yetirilən və hadisəni törədən şəxslərin spirtli içki aludəçisi olduğu bildirilir, onlar tüfeyli həyat tərzi sürürmüşlər.

Son xəbərlər

Orphus sistemi