Bakıda tanışını öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Bakıda tanışını öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayır Bakıda tanışını öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayır.
Hadisə
30 Avqust , 2021 12:05
Bakıda tanışını öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Bakıda tanışını öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayır.

Bu barədə "Report"a Nərimanov Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, bu ilin mart ayının 8-də 1997-ci il təvəllüdlü Tərxan Rzayevin paytaxtın Nərimanov rayonu ərazisində xəsarət alması faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İstintaqla zərərçəkmişin tanışı, 1999-cu il təvəllüdlü Cabir Sadıqovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı Tərxan Rzayevə xuliqanlıq etməklə bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Cabir Sadıqova Cinayət Məcəlləsinin 29,120.1 (qəsdən adam öldürməyə cəhd) və 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə ittiham elan edilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi