Bakıda tanışını öldürmək istəyən şəxs 16 il müddətinə azadlıqdan məhrum edilib

Bakıda tanışını öldürmək istəyən şəxs 16 il müddətinə azadlıqdan məhrum edilib Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub
Hadisə
2 Mart , 2017 11:43
Bakıda tanışını öldürmək istəyən şəxs 16 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 2 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhd etməkdə təqsirləndirilən Pənah Əliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə P.Əliyev 16 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il Bakı şəhərində baş verib. P.Əliyev qonuşusu Xalid Lətifzadəni əvvəl daşla, sonra balta ilə vurub. Xəstəxanaya çatdırılan yaralının həyatənı xilas etmək mümkün olub.

Araşdırma zamanı məlum olub ki, həmin şəxslər arasında dava söyüş üstə olub. Belə ki, sərxoş olan X.Lətifzadə P.Əliyevi təhqir edib. Nəticədə P.Əliyev cinayət törədib.

O, Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (qəsdən adam öldürməyə cəhd, xüsusi amansızlıq) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi