Bakıda tanışını döyərək öldürən keçmiş məhkuma hökm oxunub

Bakıda tanışını döyərək öldürən keçmiş məhkuma hökm oxunub Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Bahadur Cəfərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
30 May , 2019 17:46
Bakıda tanışını döyərək öldürən keçmiş məhkuma hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Bahadur Cəfərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 16 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il sentyabrın 11-də Bakı şəhərinin Sabunçu rayonu ərazisində qeydə alınıb. Həmin rayonda yaşayan, əvvəllər məhkum olunmuş B.Cəfərov evində münaqişə zəminində paytaxt sakini olan tanışı Rəfayel Rzayevi taxta parçası ilə döyərək qətlə yetirib.

Son xəbərlər

Orphus sistemi