Bakıda tanışını bıçaqlayan şəxsin məhkəməsi başlayır

Bakıda tanışını bıçaqlayan şəxsin məhkəməsi başlayır Bakıda tanışını bıçaqlamaqda təqsirləndirilən Rəşid İsmayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
15 Noyabr , 2019 10:10
Bakıda tanışını bıçaqlayan şəxsin məhkəməsi başlayır

Bakıda tanışını bıçaqlamaqda təqsirləndirilən Rəşid İsmayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Mahmud Ağalarovun icraatında olan cinayət işi üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin avqust ayında Qaradağ rayonu Qobustan qəsəbəsində baş verib.

R.İsmayılov mübahisə zəminində tanışı, 1992-ci il təvəllüdlü Əhmədov Nihad Fariz oğluna bıçaqla bir neçə xəsarət yetirib. Xəstəxanaya çatdırılan yaralı əməliyyat olunub.

R.İsmayılova Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi