Bakıda tanışını bıçaqlayan şəxs məhkəmə zalında həbs edilib

Bakıda tanışını bıçaqlayan şəxs məhkəmə zalında həbs edilib Məhkəmənin baxış iclası oktyabrın 7-nə təyin olunub
Hadisə
28 Sentyabr , 2017 11:50
Bakıda tanışını bıçaqlayan şəxs məhkəmə zalında həbs edilib

Bakı. 28 sentyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə tanışını bıçaqlamaqda təqsirləndirilən Elşən Bəndəliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilmədiyi məlum olub.

Daha sonra prokuror vəsatət verib. O, təqsirləndirilən E.Bəndəliyevin məhkəmə iclaslarından yayınma ehtimalının olduğunu deyib. Dövlət ittihamçısı E.Bəndəliyevin barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkili Tural Süleymanlı prokurorun vəsatətinin təmin edilməməsi tələb edib.

Məhkəmə vəsatəti təmin edib və E.Bəndəliyev barəsində olan polis nəzarətində qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilib. O, məhkəmə zalında həbs olunub.

Məhkəmənin baxış iclası oktyabrın 7-nə təyin edilib.

İttiham aktına əsasən, hadisə 2016-ci ilin yanvar ayında Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində yerləşən kafede baş verib. E.Bəndəliyev tanışı Yadigar Rüstəmovla birlikdə kafedə oturduqdan sonra heç bir səbəb olmadan xuliqanlıq niyyəti ilə ona bir dəfə bıçaq zərbəsi vurub. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Daha sonra hadisə yerindən qaçan E.Bəndəliyevin barəsində həbs qətimkan tədbiri seçilməyib. O, bir neçə dəfə istintaqdan yayınıb.

İbtidai istintaqa ifadə verən E.Bəndəliyev hadisıni bilərəkdən olmadığını və Y.Rüstəmovu bilərəkdən vurmadığını deyib.

Son xəbərlər

Orphus sistemi