Bakıda tanışını bıçaqlayan qadının məhkəməsi başlayıb

Hadisə
  • 06 noyabr, 2018
  • 06:58
Bakıda tanışını bıçaqlayan qadının məhkəməsi başlayıb

Bakı. 6 noyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını bıçaqlamaqda təqsirləndirilən Səmayə Atakişiyevanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası noyabrın 15-nə təyin edilib.

Qeyd edək ki, S.Atakişiyeva Bakıda tanışı Nuranə Həsənovanı mübahisə zəminində bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan S.Atakişiyeva barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib. 

Son xəbərlər

Bütün Xəbər Lenti