Yuxarı

Bakıda tanışını 40 manat pula görə öldürən şəxsin məhkəməsi başlayıb

Məhkəmənin baxış iclası sentyabrın 28-nə təyin edilib

Bakı. 23 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Ruslan Şevçunun cinayət işi üzrə hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası sentyabrın 28-nə təyin edilib.

Qeyd edək ki, Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Ruslan Valeriyeviç Şevçun aralarında yaranan münaqişə zəminində Pirallahı rayon Xanlar küçəsində yaşayan 1982-ci il təvəllüdlü Aleksandr Nikolayeviç Qraçovun ürək nahiyəsinə kəsici-deşici alətlə zərbə endirərək öldürüb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 42 yaşlı R.Şevçun tutularaq istintaqa təhvil verilib.

R.Şevçin ilkin ifadəsində hadisənin pula görə baş verdiyini bildirib. Belə ki, R.Şevçin A.Qraçovun onun 40 manat pulunu oğurladığından şübhələnib və onunla mübahisə edib. Daha sonra mübahisə qızışıb və qətllə nəticələnib.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi